“Qarabağ”ın futbolçusu Kvabena Ovusunun cari mövsümün sonunda Macarıstan klubu “Ferentsvaroş”a keçəcəyi ilə bağlı xəbər vermişdik.
Offsideplus.az “ulloi129.hu”ya istinadən xəbər verir ki, 26 yaşlı hücumçu yeni klubuna bu ay keçmək istəyir. Qanalı futbolçu bununla bağlı fikrini Azərbaycan klubuna bildirib.
Klublar arasında futbolçunun qış transfer pəncərəsində mümkün keçidi ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Kvabena Ovusunun “köhlən atlar”la müqaviləsi bu ilin yayında başa çatacaq.
Follow @7timesaz