Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirdə Çempionlar Yolunda 10 potensial cütlük, Liqa Yolunda isə iki cüt müəyyənləşəcək.
Çempionlar Yolunda 5 komanda – “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Molde” (Norveç) və “Aris” (Kipr) bu raunddan mübarizəyə qoşulacaqsa, I mərhələnin də 15 cütü püşkatmada iştirak edəcək.
Adıçəkilən 5 klubdan yalnız “Aris” Azərbaycan təmsilçisi “Qarabağ”a potensial rəqib ola bilər.
Çünki kiprlilər püşkdə səpələnməmişlərdə, I raundun “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütü isə səpələnmişlərdə qərarlaşacaq. “Qarabağ”ın digər 8 potensial rəqibi I təsnifat mərhələsinin cütləridir.
Liqa Yolunda isə püşk zamanı “Genk” (Belçika) və “Dnepr-1” (Ukrayna) səpələnmiş, “Servett” (İsveçrə) və “Panatinaikos” (Yunanıstan) səpələnməmiş səbətində olacaq.
Çempionlar Liqasında II raundun ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.
II təsnifat mərhələsi
Çempionlar Yolu
Səpələnmişlər:
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Kopenhagen” (Danimarka)
“Qalatasaray” (Türkiyə)
“Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) cütü
“Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) cütü
“Slovan” (Slovakiya) – “Svift Hesperange” (Lüksemburq) cütü
“Molde” (Norveç)
“Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) cütü
“Farul” (Rumıniya) – “Şerif” (Moldova) cütü
“Partizani” (Albaniya) – BATE (Belarus) cütü
Səpələnməmişlər:
“Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) cütü
“Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) cütü
“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) cütü
HIK (Finlandiya) – “Larne” (Şimali İrlandiya) cütü
“Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütü
“Şemrok Rovers” (İrlandiya) – İlkin mərhələnin qalibinin cütü
“Haken” (İsveç) – TNS (Uels) cütü
“Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütü
“Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina) cütü
“Aris” (Kipr)
Liqa Yolu
Səpələnmişlər:
“Genk” (Belçika)
“Dnepr-1” (Ukrayna)
Səpələnməmişlər:
“Servett” (İsveçrə)
“Panatinaikos” (Yunanıstan)
Follow @7timesaz