İdman

“Qarabağ”ın pley-off oyununu bu kanal yayımlayacaq – AÇIQLAMA 

“Qarabağ”ın pley-off oyununu bu kanal yayımlayacaq – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-offunda “Olimpiya Lyublyana” ilə oyunlarını İdman TV kanalı yayımlayacaq.

Bu barədə Fanat.Az-a telekanalın rəhbəri Rövşən Binnətli məlumat verib.

Qurum funksioneri Sloveniya təmsilçisi ilə razılığa gəldiklərini, ev və səfər matçlarının yayımını barter etdiklərini bildirib. O, “Qarabağ”ın rəqibinin yayım üçün 13500 avro istəməsi xəbərinin doğru olmadığını deyib: “Bəlkə də hansısa kanala “qiymət oxuyublar”. Əlbəttə, bu məbləğ kifayət qədər böyükdür. Amma bizimlə ümumiyyətlə pul sövdələşməsi olmadı. Onlar bizə Lyublyanadan, biz də Bakıdan siqnal ötürəcəyik, vəssalam”.

Rövşən Binnətli HİK-lə səfər matçının internet üzərindən, konkret, rəqibin rəsmi saytından götürülərək yayımlanmasına da münasibət bildirib: “Finlandiyalılar bizə problem yaratdılar. Düzdür, onlar hələ Bakıda ikən bizə demişdilər ki, sputnik üzərindən siqnal verməyəcəklər. Bizdən də bu cür siqnal istəmirdilər. Səfər oyununu göstərərkən baxdıq ki, yayımda öz loqolarını yerləşdiriblər. Halbuki, bizə təmiz yayım göndərməli idilər. Problemi yoluna qoymaq hardasa 15 dəqiqə çəkdi. Bəziləri elə zənn edib ki, biz görüntüləri onların saytından götürmüşük”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-offunda “Olimpiya” ilə ilk oyununu avqustun 24-də səfərdə keçirəcək. Matç saat 22:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 31-də Bakıda keçiriləcək.