“Qarabağ”ın İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda Ağdam klubunun vurduğu qolu qeydə almayan xorvatiyalı FIFA referisi Fran Yoviç ölkəsində vacib oyuna təyinat alıb.
7times.az-ın məlumatına görə, 37 yaşlı hakim I Liqada “Hayduk” və “Osiyek” komandaları arasında keçiriləcək derbi matçını idarə edəcək. Onun köməkçilərindən biri Ağdam klubunun “Bazel”lə oyununda yan xətt hakimi funksiyasını yerinə yetirmiş Luka Puşiç olacaq.
Qarşılaşma dekabrın 19-da keçiriləcək.
Qeyd edək ki, “Bazel” – “Qarabağ” görüşündə “köhlən atlar”ın yarımmüdafiəçisi Abdullah Zubirin vurduğu top qapı xəttini keçsə də, Fran Yoviç qolu qeydə almayıb.
Follow @7timesaz