İdman

“Qarabağ”ın sabiq hücumçusu: “Çempionluğu çoxdan təmin ediblər”

“Qarabağ”ın sabiq hücumçusu: “Çempionluğu çoxdan təmin ediblər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” çempionluğu çoxdan təmin edib”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Ağdam klubunun Premyer Liqadakı şansları ilə bağlı danışarkən deyib.
Bu il karyerasını başa vuran 34 yaşlı hücumçu “Qarabağ”ın ən yaxın izləyicisindən 8 xal öndə olduğunu xatırladaraq, bu mübarizədə onları rəqibsiz hesab edib: “Qarabağ” hazırda ikinci pillədəki “Sabah”ı xeyli qabaqlayır. İnanmıram ki, “Sabah” onlara çata bilsin. Görünən odur ki, “Qarabağ” bu mövsüm də çempion olacaq. Bundan sonra da bütün diqqətini Premyer Liqaya yönəldə biləcək”.
Həm “Qarabağ”, həm də “Neftçi”nin formasını geyinmiş Əliyev bu komandalar arasında fevralın 27-də çempionatın XXIV turunda keçiriləcək qarşılaşmaya da münasibət bildirib: “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Gent”dən aldığı zərbənin təsirini hiss edəcək. Ancaq onlar dəfələrlə belə situasiya ilə üzləşiblər. Avrokubokda hansısa böyük kluba məğlub olduqdan sonra çempionatda qələbə qazanıblar. Bu üzdən həm çempionatdakı liderliyini, həm də neçə ildir “Neftçi” önündəki üstünlüyünü nəzərə alsaq, Ağdam klubu yenə favoritdir”.
Gənc mütəxəssisin fikrincə, “Qarabağ”ın ən böyük üstünlüyü zəngin heyətə malik olmasıdır: “Qarabağ”da elə heyət formalaşıb ki, orada ehtiyat qüvvə söhbəti yoxdur. Hamısı keyfiyyətli futbolçudur. Onların indiki ehtiyat qüvvəsinə fikir verin – Qara Qarayev, Maksim Medvedev, Yassin Benzia və digər yeni transferlər. “Neftçi” önündə də onlar çıxış edəcəklər. Bu üzdən belə oyunçulara ikinci heyət üzvü deməzdim”.
O, yenə də “Azersun Arena”dakı qarşılaşmanın ev sahibləri üçün asan keçməyəcəyini düşünür: “Bu komandalar arasındakı oyunlar həmişə maraqlı olub. Yenə gərgin mübarizə gözləyirəm. Məncə, “Neftçi” rəqibinə müqavimət göstərə biləcək. “Qarabağ” üçün rahat olmayacaq. Şansları bərabər sayıram”.
Qeyd edək ki, Rauf Əliyev 2006-2013-cü illərdə “Qarabağ”ın, 2014/2015 mövsümünün ikinci, 2019/2020 mövsümünün isə ilk yarısını “Neftçi”nin heyətində keçirib.