İdman

“Qarabağ”ın sabiq üzvü üçün 3 müştəri: 2-si Azərbaycandan, 1-i Türkiyədən

“Qarabağ”ın sabiq üzvü üçün 3 müştəri: 2-si Azərbaycandan, 1-i Türkiyədənbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”la başa çatan müqaviləsini yeniləməyən Adama Diakabi ilə 3 klub yaxından maraqlanır.

7Times.az  xəbər verir ki, fransalının müştərilərindən 2-si Azərbaycandan, 1-i Türkiyədəndir.

Vingerin menecerləri adı açıqlanmayan Premyer Liqa təmsilçiləri ilə danışıq aparır. Bundan əlavə, Diakabi ilə Türkiyənin “Bandırmanspor” klubu yaxından maraqlanır. TFF 1-ci Liqa təmsilçisi yeni mövsümdə çempionluq arzusundadır. Bu səbəbdən də klub heyətini gücləndirmək istəyir. Balıkesir təmsilçisinin bu istiqamətdə ilk addımı Diakabinin keçidini həll etmək olacaq.

Qeyd edək ki, fransalı ötən mövsüm “Qarabağ”ın heyətində 22 matçda meydana çıxıb. Bu görüşlərdə 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

Offsideplus.az