UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Olimpiya”nın qonağı olacaq “Qarabağ”ın Sloveniyaya səfər proqramı məlum olub.
Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda matçdan bir gün əvvəl – avqustun 23-ü saat 11:00-da sözügedən ölkəyə yollanacaq.
Həmin gün Bakı vaxtı ilə 21:15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Komandanın media nümayəndələri üçün nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşqi isə Bakı vaxtı ilə 21:30-da matçın oynanılacağı “Stojitse” stadionunda baş tutacaq.
Qeyd edək ki, avqustun 24-ü keçiriləcək “Olimpiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Follow @7timesaz