“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Hakken”i məğlub edərək pley-offa yüksəldikləri matçdan (2:1) sonra jurnalistlərə açıqlama verib.
“Offsideplus.az” xəbər verir ki, millimizin üzvü görüşün çətin keçdiyini deyib:
“Gərgin oyun oldu. İkinci hissənin çoxunu azlıqda keçirdik. Buna baxmayaraq qələbə qazanmaq istəyirdik və qazandıq. Qələbə ilə birlikdə pley-offa vəsiqə qazana bildik. Bunun davamını gətirmək üçün çalışacağıq”.
O, pley-offda arzuladığı rəqibi də qeyd edib:“Arzum, əlbəttə ki, “Milan”la oynamaqdır, amma kimin gələcəyi fərq etməz. Hamısı güclü rəqiblərdir. Hansı ilə düşsək, maksimum nəticə üçün çalışacağıq”.
Follow @7timesaz