İdman

“Qarabağ”ın üzvü Türkiyə nəhənginin hədəfində – İDDİA

“Qarabağ”ın üzvü Türkiyə nəhənginin hədəfində – İDDİAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın üzvü Olavio Juninyo karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu məlumatı Türkiyənin “Fotospor” nəşri yayıb.

Məlumata görə, “Fənərbağça”nın skautları Azərbaycana gedib. Onlar Ağdam təmsilçisinin Avropa Liqasının pley-offunda “Braqa”ya qarşı cavab matçında stadiondan oyunçunu izləyiblər. İstanbul klubunun braziliyalı hücumçu üçün araşdırmaları davam etdirəcəyi vurğulanıb.

 

Qeyd edək ki, Juninyo 2023-cü ilin yayından “Qarabağ”da oynayır.