UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Sürix” ilə qarşılaşacaq “Qarabağ” sabah – iyulun 25-i İsveçrəyə yollanacaq.
7Times.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
İyulun 26-da saat 18:40-da (Bakı vaxtı ilə 20:40) baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi “Letsiqrund” stadionunda “Qarabağ”ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, “Sürix” – “Qarabağ” oyunu iyulun 27-də Bakı vaxtı ilə 21:00-da baş tutacaq. İlk matçda Ağdam təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
Follow @7timesaz