İdman

“Qarabağ” “Lex”lə oyundan əvvəl azarkeşlərə müraciət edib

“Qarabağ” “Lex”lə oyundan əvvəl azarkeşlərə müraciət edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” bu gün Polşa “Lex”inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl azarkeşlərə müraciət edib.

“Report” xəbər verir ki, video-müraciətdə azarkeşlərdən saat 20:00-da başlayacaq matça 2 saat öncədən gəlmələri xahiş olunub.

Saat 18:30-dan etibarən isə Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq.

Qeyd edək ki, Polşadakı ilk qarşılaşmada “Lex” qalib gəlib – 1:0. Cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.