İdman

“Qarabağ” – “Linkoln” oyunu Çempionlar Liqasında 2-ci oldu

“Qarabağ” – “Linkoln” oyunu Çempionlar Liqasında 2-ci oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları arasında ən çox azarkeş toplayan matçlar açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 15 cavab görüşünü ümumilikdə 106 358 tamaşaçı izləyib.

“Makkabi” (Hayfa, İsrail) – “Hamrun” (Malta) (2:1) qarşılaşmasını 28 613 nəfər stadiondan izləyib ki, bu da ən yüsək nəticədir.

2-ci yerdə “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçıdır (4:0). Bakı Olimpiya Stadionundakı görüşdə tribunalarda 19 453 nəfər olub.

Xatırladaq ki, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Polşa “Rakuv”udur. İlk görüş iyulun 26-da səfərdə, cavab qarşılaşması bir həftə sonra evdə olacaq.