İdman

“Qarabağ” millinin qapıçısını transfer edir

“Qarabağ” millinin qapıçısını transfer edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini transfer edə bilər.

7Times.az-ın əldə etdiyi xəbərə görə, Ağdam klubunun danışıqlar apardığı qapıçılar arasında Polşa “Yaqelloniya”sının 22 yaşlı üzvü də var.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında Quqeşaşvili ilə danışıqlar apardıqlarını təsdiqləyib: “O, bizə təklif olunan  və bəyəndiyimiz qapıçılardan biridir. Hazırda klubu ilə müqaviləsi olduğu üçün danışıqlar gedir”.

Gürcüstan mətbuatı isə Quqeşaşvili ilə razılığa gəlindiyini və onunla 3 illik müqavilə imzalanacağını yazıb.