“Qarabağ” ilk oyunda uduzsa da, cütün favoritidir”.
Fanat.Az xəbər verir ki, bunu “Sportowefakty” saytına açıqlamasında Polşa millisinin sabiq futbolçusu Kamil Kosovski deyib.
46 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edən “Rakuv”un şanslarını dəyərləndirib:
“Rakuv” ilk oyunda minimal hesabla qalib gəldiyindən, nəzəri cəhətdən daha şanslıdır. Ancaq ötən mövsüm “Lex” birinci oyundakı qələbə hesabını səfər matçında qoruya bilməmişdi. “Qarabağ”ın çatışmazlıqları daha çoxdur. Ən zəif nöqtəsi qapı xəttidir. Onların qapıçısı ilk matçda fəlakətli səhvlərlə “Rakuv”a üç qol hədiyyə verdi”.
Kosovski evdə buraxılan iki qolun Çenstoxova təmsilçisinə baha başa gəlməsindən ehtiyatlanır: “Rakuv” evdə özünü möhkəm komanda kimi təqdim etsə də, iki qol buraxdı. Bu da rəqibə özünəinam verdi. İqlimi, Azərbaycan çempionunun gücünü nəzərə alsaq, Qurban Qurbanovun yetirmələrinin şansı daha çoxdur. Amma “Rakuv” da birinci görüşdəki qələbə səbəbindən Bakıya nikbin yollana bilər”.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.
Follow @7timesaz