Ölkə

“Qarabağ” UEFA-nın klub reytinqində 4 pillə irəliləyib

“Qarabağ” UEFA-nın klub reytinqində 4 pillə irəliləyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.

“Report”un Avropa futbol qurumunun saytına istinadən məlumatına görə, “köhlən atlar” avrokubokların qrup mərhələsinin sonuncu – VI turunun matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb. Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var.

Ağdam klubu Avropa Liqasının G qrupunun son turunda Bakıda Almaniya “Frayburq”u ilə heç-heçə edib. Məhz bu nəticə “Qarabağ”ın reytinqdə irəliləməsinə səbəb olub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Yunanıstan PAOK-u və Rusiya “Krasnodar”ı ilə 61 – 63-cü yerləri bölüşür.

Qeyd edək ki, cədvələ 131,000 xalla İngiltərənin “Mançester Siti” klubu başçılıq edir.