İdman

“Qarabağ” və “Neftçi” dünya reytinqində geriləyiblər

“Qarabağ” və “Neftçi” dünya reytinqində geriləyiblərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Məlumata görə, 507 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb. Beş pillə geriləyən “Qarabağ” (183,75 xal) 53-cü sırada yer alıb. 15 pillə irəliləyən “Zirə” (62,25 xal) 369-cudur.

17 pillə irəliləyən “Sabah” (60,75) 388-ci, beş addım geriləyən “Neftçi” (59,25 xal) isə 403-cüdür.

Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (401 xal) başçılıq edir.