İdman

“Qarabağ” – “Viktoriya” oyununda çexiyalı azarkeşlər olmayacaq

“Qarabağ” – “Viktoriya” oyununda çexiyalı azarkeşlər olmayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” (Çexiya) oyununda çexiyalı azarkeşlər olmayacaq.

“Report” xəbər verir ki, klub sosial şəbəkə hesabı vasitəsilə azarkeşlərinə müraciət edib. Müraciətdə bildirilir ki, “Qarabağ” – “Viktoriya” oyununda qonaq komandanın azarkeşləri tribunada yer almayacaq.

Əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri “Qarabağ” azarkeşləri üçün satışa çıxarılacaq. Həmin biletləri iticket.az və kassalardan almaq mümkündür.

Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.