İdman

“Qarabağ” yığılan pulları hesablayır – AÇIQLAMA

“Qarabağ” yığılan pulları hesablayır – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” və “Qalatasaray” komandaları arasında Bakıda keçirilən yoldaşlıq matçından əldə olunan məbləğin hesablanması davam edir. 

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Offsideplus.az-a açıqlama verib:

“Hazırda hesablanma davam edir. Burda təkcə bilet satışından deyil, digər reklam və teleyayımdan əldə olunan gəlirlər var. Bütün bu hesablamalar bitəndən, detallar bəlli olandan sonra klub olaraq rəsmi açıqlama verəcəyik və şəffaf şəkildə bütün məbləğ açıqlanacaq”.Qeyd edək ki, İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdən əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.