Ölkə

Qaradağ rayonunda 2 nəfərin öldüyü qəzanın görüntüləri.Ürəyi zəif olanlar izləməsin -VİDEO

Qaradağ rayonunda 2 nəfərin öldüyü qəzanın görüntüləri.Ürəyi zəif olanlar izləməsin -VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağır qəza olub, ölənlər var

Bakının Qaradağ rayonunda ağır yol qəzası zamanı iki nəfər ölüb və iki nəfər yaralanıb.
hadisə Lökbatan qəsəbəsi, Meyvəli bazarının qarşısında qeydə alınıb.
Belə ki, “Vaz 2107” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə Man markalı yük maşınına çırpılıb. Qəza nəticəsində minik maşını deformasiya uğrayıb. İçərisində olan sürücü və sərnişinlər salonda sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sıxışıb qalan sürücü və ön oturacaqda olan sərnişinin meyiti çıxarılıraq morqa təhvil verilib. Arxa oturacaqda olan sərnişinlər 2001-ci il təvəllüdlü Məmmədzadə Razi Sakit oğlu və 1997-ci il təvəllüdlü Allahyarlı Kənan Şöhrət oğlu ağır xəsarət aldığından Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib. Ölən şəxslərin şəxsiyyəti araşdırılır. Hələlik onların ad soyadı məlum deyil.

7Times.az