7times.az saytının məlumatına görə qardaş ölkədə baş vermiş faciə nəticəsində ən azı 20 nəfər həlak olub. Yaralıların sayı barədə dəqiq məlumat yoxdur.
Pakistanın cənubundakı Bəlucistan əyalətində baş verən zəlzələ zamanı azı 20nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb. “İndiyə qədər olan məlumata əsasən 15-20 nəfər həlak olub. Ölənlərin sayı arta bilər”, – idarədən agentliyə bildirilib. Məlumata görə, təbii hadisə zamanı yaşayış binası uçub və bir neçə nəfər dağıntılar altında qalaraq həlak olub. Onlar arasında qadın və 6 uşaq da var. BBC isə təbii hadisə zamanı 18 nəfərin həlak olduğunu xəbər verib. Qeyd edək ki, ABŞ-ın Geologiya Xidməti daha əvvəl Pakistanda yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələnin qeydə alındığını xəbər verib. Zəlzələnin episentri Harnay şəhərindən 14 kilometr şimal-şərqdə, zəlzələ ocağı 20,8 kilometr dərinlikdə yerləşib.
Follow @7timesaz