Dünya

Qardaş Türkiyədən MÖHTƏŞƏM ADDIM 

Qardaş Türkiyədən MÖHTƏŞƏM ADDIMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin beşinci nəsil qırıcı təyyarəsinin (TF-X) yaxın üç ildə ilk uçuşunu həyata keçirəcəyi gözlənilir.

Bizim.Media “Eurasian Times” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin dövlət aerokosmik şirkəti Sinqapur Hava Sərgisində TF-X döyüş təyyarəsinin real ölçüdə maketini nümayiş etdirib.

Fevralın 15-dən fevralın 18-dək təyyarə modeli Changi Sərgi Mərkəzində olub. TF-X  “Lockheed Martin” şirkətinin istehsal etdiyi “F-35 Lightning II”yə bənzəyən beşinci nəsil qırıcıdır.

Təyyarələr 2030-cu ilə qədər Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz etməlidir.

TF-X, əsasən “hava-hava” missiyaları üçün nəzərdə tutulan ikimühərrikli çoxməqsədli qırıcıdır, lakin o, həm də yer hədəflərini vurmaq üçün istifadə edilə bilər.

Türkiyə Dövlət Aerokosmik Şirkəti bildirir ki, TF-X proqramı çərçivəsində bütün kritik funksiyalar təmin edildikdən sonra Türkiyə belə texnologiyanın mövcud olduğu azsaylı ölkələrdən birinə çevriləcək.