Dünya

Qaribaşvili gəlirlərini açıqladı – Valideynlərindən 180 min alıb…

Qaribaşvili gəlirlərini açıqladı – Valideynlərindən 180 min alıb…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən il üçün gəlir bəyannaməsini təqdim edib.

 

7Times.az  xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.

 

2022-ci il üçün hökumət başçısının maaşı 41 004 lari olub. Amma baş nazir təkcə bir maaşla dolanmayıb. Valideynləri ona 180 min lari verərək kömək ediblər.

 

İl ərzində Qaribaşvili ailəsinin xərcləri 64 561 lari və 8 868 dollar təşkil edib. Gürcüstan baş nazirin əmanətləri: 40 min lari nağd, 5603 lari bankda, 10 977 dollar və 7 568 avro.

 

Həyat yoldaşının hesablarında isə 3262 lari və 77 dollar əmanəti, bank qarşısında 96 578 lari öhdəliyi var.

Modern.az