ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Vaşinqtonun Təl-Əvivə dəstəyini bir daha bəyan edərək, İranın İsrailin hücumlarına qarşılıq verməməli olduğunu bildirib.
7Times.az xəbər verir ki, Pentaqonun sözçüsü Pat Rayder mətbuat konfransında İran və İsrail arasında artan gərginliklə bağlı Tehranın qisas alacağına dair bir iddia irəli sürməyəcəyini deyib: “ABŞ hökuməti İranın İsrailin hücumlarına cavab verməməli olduğunu düşünür. Əgər onlar cavab verməyi seçsələr, əlbəttə ki, İsraili dəstəkləyəcəyik”.
ABŞ-nin yaxın aylarda Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirəcəyinə işarə edən Rayder, bölgəyə “B-52” bombardmançılarının göndərildiyini vurğulayıb.
Bu hərbi qüvvələrin bölgədəki ABŞ qüvvələrini qorumaq və İsraili müdafiə etmək üçün yerləşdiriləcəyini bildirən sözçü əlavə edib ki, ABŞ hər zaman İsrailin müdafiə imkanlarını dəstəkləməyə hazırıdır.
“AzPolitika.info”
Follow @7timesaz