Fransanın Kale limanından Britaniya sahillərində Folkston istiqamətinə hərəkət edən “Le Shuttle” qatarı dəniz altı La-Manş tunelində xarab olub.
Sərnişinlərin sözlərinə görə, onlara əvvəlcə qatarda texniki nasazlıqların olduğu bildirilib, uzun saatlardan sonra onlara başqa qatarla yollarına davam edəcəkləri deyilib.
Sərnişinlər xidməti tunellə piyada gedərək başqa təxliyyə qatarına miniblər və təyinat məntəqəsinə aparılıblar.
Məlumata görə, iki şəhər arasındakı 35 dəqiqəlik yol onlara yeddi saata başa gəlib. Sərnişinlər baş verənləri fəlakət filmlərindəki hadisələrə bənzədiblər.(maderator.az)
Follow @7timesaz