İdman

Qattuzo “Valensiya” ilə müqavilə bağlamağa hazırlaşır – FOTO

Qattuzo “Valensiya” ilə müqavilə bağlamağa hazırlaşır – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milan”ın sabiq baş məşqçisi Cennaro Qattuzo “Valensiya”ya keçməyə hazırlaşır.

Bu barədə insayder Fabrisio Romano xəbər verib.

Onun sözlərinə görə, 44 yaşlı italyan İspaniya klubu ilə illik üç milyon avro maaş və bonuslarla iki illik müqaviləyə razılaşıb. Qattuzonun “Valensiya”ya rəhbərliyə bu həftədən başlayacağı gözlənilir.

Qeyd edək ki, “Valensiya”nın sabiq baş məşqçisi Pepe Bordalas ötən həftə klubu tərk edib.