Xəbər verdiyimiz kimi, Qax rayonunda 11 gün əvvəl itkin düşən İlisu kənd sakini 30 yaşlı Rəhman Sədrəddin oğlu Kamallının meyiti ötən gün tapılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan 7Times.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Rəhman Kamallının meyiti polis və digər aidiyyəti qurumların əməkdaşlarının, eləcə də yerli sakinlərin birgə iştirakı ilə mürəkkəb relyefli dağlıq ərazidən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə o, dağdan sürüşüb ölüb.
FHN-in məlumatında isə qeyd olunur ki, adıçəkilən şəxsin meyiti mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə tapılıb.
Follow @7timesaz