Aparıcılar Çinarə Əliyeva və Xəyalə Quliyeva eyni zamanda xına məclislərində də iştirak edirlər.
7Times.az olay-a istinadən bildirir ki, onlar Xəzər TV-də yayımlanan “Qonağın qonağı” proqramında bu tədbirlər zamanı başlarına gələn maraqlı hadisələri danışıb.
“Qızlarımız hamısı gözəldir. Gəlinə “Azərbaycan gözəli” deyə, xitab elədim. Qayınana mənə pis-pis baxdı ki, sən neyləmək istəyirsən? Döndüm dedim ki, gözəllər gözəli, nur simalı. Qayınana gəldi, cibimə 100 manat basdı ki, sən bunu tərifləyirsən, bu, o deyil axı. Oğlunu qısqanır deyə, belə edir”, – deyə, Çinarə söyləyib.
Xəyalə isə rastlaşdığı hadisəni belə nəql edib:
“Gəlin xınada qayınananın xoşuna gəlməyən cüzi bir şey etdi. Qayınana mikrofonda dedi ki, bu dəqiqə oğluma desəm, səni buradaca qoyar, çıxıb gedərik. Qızın anasına dedim ki, niyə verirsən qızı onlara?”.