Aktual

Qazax ordusu da müharibəyə hazırlaşır – Tokayev göstəriş verdi

Qazax ordusu da müharibəyə hazırlaşır – Tokayev göstəriş verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsində olduğu vaxt Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən diqqətçəkən göstəriş gəlib.

7Times.az  xəbər verir ki, Tokayev ordunun inkişafı siyasətini müzakirə etmək üçün təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşüb.

Qazaxıstan prezidenti ordunun müasir silahlarla gücləndirilməsi barədə göstəriş verib.

Tokayev hərbi təhlükəsizliyə mövcud təhdidləri nəzərə alaraq Müdafiə Nazirliyinə silahlı qüvvələrin yenidən modernləşdirilməsini tapşırıb.

Xüsusilə bu prosesdə hərbi komandanlıq və idarəetmə sisteminin rəqəmsal yanaşmalarla təkmilləşdirilməsinin lazım olduğunu vurğulayan Tokayev ordunun yüksək texnologiyalı silahlarla təchiz edilməsini və döyüşə hazırlıq proqramının müasir üsullarla yenidən qurulmasını tələb edib.
teleqraf