Hadisə

Qazaxda ağır qəza nəticəsində ata və oğul öldü

Qazaxda ağır qəza nəticəsində ata və oğul öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

7times.az verir ki, qəza rayonun Çaylı kəndi ərazisində baş verib. Dəmirçilər kəndindən Qazax şəhəri istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “VAZ 21011”ə dəyərək yol kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı Dəmirçilər kənd sakini 57 yaşlı Ziyarət Xəlilov və onun oğlu 27 yaşlı Elvin Xəlilov ölüb.

Sərnişin 25 yaşlı Cövdət Qasımov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.