Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) casusluq, dövlətə xəyanət və qeyri-qanuni yola dövlət sirrini toplamaqda şübhəli bilinən bir qrup şəxsi saxlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə MTK-nın mətbuat xidməti məlumat yayıb.
Saxlanılan şəxslərdən biri xarici ölkə vətəndaşıdır.
Məlumata görə, faktlarla bağlı Cinayət Məcəlləsinin “Dövlətə xəyanət”, “Casusluq” və “Dövlət sirrini qanunsuz toplama və yayma” maddələri ilə cinayət işlərinin icraatına başlanılıb.
“İstintaq məhkəməsi bu qrup şəxs barəsində həbs qətimkan tədbiri seçib. Cinayət işləri “sirr” kateqoriyasına aid edilir, bununla bağlı istintaqın maraqları naminə başqa məlumatlar açıqlanmır”, – deyə mətbuat xidməti izah edib.
Follow @7timesaz