Qazaxıstanda iğtişaşlar zamanı Yeni il bayramı üçün valideynlərinin yanına gələn 22 yaşlı İsrail vətəndaşı öldürülüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İsrailin Xarici işlər nazirliyi məlumat yayıb. İsrail diplomatlarının sözlərinə görə, qətl yanvarın 7-də Almatıda etiraz aksiyaları zamanı baş verib. Mərhumun adı Levan Koqeaşvili olub. Ölümə səbəb olan şəxslər hələ də tapılmayıb.