Dünya

Qazaxıstanda meşə yanğınları FHN rəhbərinin işdən qovulması ilə nəticələndi

Qazaxıstanda meşə yanğınları FHN rəhbərinin işdən qovulması ilə nəticələndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə günlərdir davam edən meşə yanğınları fonunda Yuri İlini Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsindən azad edib.

Bu barədə ölkə liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə İlin Yuri Viktoroviç Qazaxıstan Respublikasının fövqəladə hallar naziri vəzifəsindən azad edilib”, – deyə məlumatda bildirilir.

Hazırda Qazaxıstanın şərqindəki Abay rayonunda meşə yanğınları davam edir. Təbii fəlakətin sahəsi bir gün əvvəl 60 min hektara çatıb.

Tokayev hökumətə fəlakətin miqyasının böyüməsinin qarşısını almaq, vətəndaşların və onların əmlakının təhlükəsizliyini təmin etmək üçün bütün mövcud texniki və insan resurslarından istifadə etməyi tapşırıb.

Bundan əvvəl Abay rayonunda yanğın zamanı ölən 3 nəfərin meyiti tapılıb. Onların şəxsiyyəti müəyyən edilməyib. Qurbanlar helikopterdən aşkar edilib. Lakin alov güclü olduğundan onlara yaxınlaşmaq mümkün olmayıb.

Xatırladaq ki, İlin 2020-ci ilin sentyabrından Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edirdi.