Dünya

Qazaxıstanda prokurorluq binası yandırıldı – 190 yaralı var – VİDEO

Qazaxıstanda prokurorluq binası yandırıldı – 190 yaralı var – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Almatı şəhərində yerləşən prokurorluq və hakim “Nur Otan” partiyasının binalarında yanğın baş verib.

7Times.az xəbər verir ki, yanğın nümayişçilər binaları mühasirəyə almasından sonra qeydə alınıb.

Bu arada Aktobedə yenidən atışma səsləri eşidilir. Buna qədər etirazçılar binaya daxil olmaq istəsələr də, təhlükəsizlik qüvvələri onlara imkan verməmişdi.

Almatıda qanunsuz hərəkətlər nəticəsində 5 təcili yardım işçisi yaralanıb, iki avtomobil sıradan çıxarılıb.

Almatı Səhiyyə İdarəsi məlumat yayıb ki, nümayişlər zamanı tibb müəssisələrinə 190 nəfərlə bağlı müraciət edilib.

Hazırda 40 nəfər xəstəxanaya yerləşdirilib, o cümlədən yeddi zərərçəkən reanimasiyadadır. Yaralılardan 137-si polis əməkdaşı, 53-ü isə mülki şəxsdir.