Dünya

Qazaxıstanda qaz partlayışından 11 nəfər yaralanıb

Qazaxıstanda qaz partlayışından 11 nəfər yaralanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Janaozen şəhərində iki mərtəbəli yaşayış binasında qaz partlayışı binanın girişinin uçmasına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, 11 nəfər xəsarət alıb.

Bildirilib ki, qaz partlayışı yanğınla müşayiət olunmayıb.

Hazırda fövqəladə vəziyyətin səbəbləri və şəraiti araşdırılır. Hadisə yerində 50-dən çox xilasedici və kinoloji ekipaj, Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin 10 texnikası və həkimlər işləyir.