Dünya

Qazaxıstanda xarici işlər, daxili işlər, müdafiə nazirləri TƏYİN EDİLDİ

Qazaxıstanda xarici işlər, daxili işlər, müdafiə nazirləri TƏYİN EDİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda Baş nazir təyinatı təsdiqlənəndən sonra yeni hökumətin üzvləri də təyin edilib.

7Times.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, Murat Nurtleu hər iki vəzifəni – baş nazirin müavini və xarici işlər naziri postlarında saxlanılıb.

“Dövlət başçısının sərəncamı ilə Murat Nurtleu Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri təyin edilib”, – rəsmi məlumatda deyilir.
Müdafiə naziri Ruslan Jaksılıkov və daxili işlər naziri Erjan Sadenov da öz vəzifələrini qoruyublar.
Əlixan Smailovun rəhbərlik etdiyi Qazaxıstan hökuməti fevralın 5-də istefa verib, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Fevralın 6-da Oljas Bektenov Qazaxıstan hökumətinin başçısı təyin edilib.