Dünya

“Qazprom” direktoru adından onun Putini əvəzləyəcəyi haqda müraciət yayıldı…

“Qazprom” direktoru adından onun Putini əvəzləyəcəyi haqda müraciət yayıldı…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ölkəmiz defoltun astanasındadır və mən bir vətənpərvər, həm də təcrübəli iqtisadçı kimi buna yol verə bilmərəm və istəmirəm də!..”
Putin rejiminin təbliğat jurnalistlərinin yazışmalarını sızdıran “Anonymous” qrupuna bağlı olan “ATW” haker qrupu Rusiyanın “Qazprom” şirkətinə hücum edib və şirkətin saytında baş direktor Aleksey Millerin  “Alternativ Rusiya” adlı mesajını yerləşdirib.
Moderator.az bu haqda Ukrayna mediasına istinadla xəbər verir.
Miller öz “mesajında” guya Ukraynadakı “xüsusi əməliyyat”dan narazılığını deyib və prezident kreslosunda Vladimir Putini əvəz etməyə hazır olduğunu bildirib.
“Bir vətənpərvər kimi mən Rusiyanın parlaq gələcəyini və onun həyatının bütün sahələrinin inkişafını dəstəkləyəcəyəm. İndi isə ölkəmin rejimi tərəfindən həyata keçirilən zorakılığı rədd edirəm və ona nifrət edirəm.
İnanıram ki, mən iqtisadi inkişaf və tərəqqi yolunu seçərək böyük Vətənimizin layiqli və uğurlu lideri ola bilərəm.
Bütün həmkarlarımdan, dostlarımdan, tanışlarımdan xahiş edirəm ki, alternativ mövqeyi dəstəkləsinlər. Ölkəmiz defoltun astanasındadır və mən bir vətənpərvər, həm də təcrübəli iqtisadçı kimi buna yol verə bilmərəm və istəmirəm də!”- müraciətdə belə deyilir.
Qeyd edək ki, Miller biznesmeni hələ Sankt-Peterburq meriyasında bəyənmiş Putinin adamıdır. O, Milleri 2001-ci ildə “Qazprom”un sədri təyin edib və o vaxtdan bəri Rusiya Federasiyasının prezidentinə sədaqətlə xidmət edir.