Rusiya Ukrayna vasitəsi ilə Avropaya qaz tədarükünü davam etdirir.
“Unikal” xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
Rusiyanın qaz inhisarçısı “Qazprom” bildirib ki, onun Ukrayna üzərindən Sudja giriş məntəqəsi vasitəsilə Avropaya qaz tədarükü şənbə günü 43,96 milyon kubmetr olduğu halda, artıq bu həcm 44,1 milyon kubmetr təşkil edir.
Qeyd olunur ki, qazın Soxranivka vasitəsilə tədarükü ilə bağlı müraciət Ukrayna tərəfindən rədd edilib.