Dünya

Qazsız qalan Moldovada fövqəladə vəziyyət elan edildi

Qazsız qalan Moldovada fövqəladə vəziyyət elan edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova parlamenti dünyada enerji qiymətlərinin artması fonunda qaz çatışmazlığı ilə əlaqədar hökumət tərəfindən noyabrın 20-dək fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini təsdiqləyib.

7times.az “Röyters”ə istinadən xəbər verir ki, Baş nazir Natalya Qavrilita bildirib ki, hökumət əsas təchizatçı
Qeyd edək ki, Moldovanın “Qazprom”la müqaviləsi sentyabrın sonunda başa çatıb. Hökumət müqavilənin uzadılmasını tələb etsə də, 1000 kubmetrin qiymətini 790 dollardan almağa razılaşmayıb. “Biz kritik vəziyyətdəyik. Qaz nəqli sistemindəki təzyiq qaz nəqli sistemlərinin işləməsi üçün kritik səviyyədədir”, – deyə Qavrilita bildirib.

Onun sözlərinə görə, 51%-i “Qazprom”a məxsus olan “Moldova Gas” şirkəti tələb olunan qaz həcmini təmin etməyib və ölkə qazı başqa mənbələrdən almaq məcburiyyətində qalıb. Qafqazinfo.az