Hadisə

Qəbələdə ağır yol qəzasında 5 nəfər xəsarət alıb

Qəbələdə ağır yol qəzasında 5 nəfər xəsarət alıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, “VAZ-2106” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.