Dünyada çoxsaylı insanlar və şirkətlər müəmmalı şəkildə yoxa çıxan Liviyanın sabiq lideri Müəmmar Qəddafinin 150 milyard dollarlıq sərvəti uğrunda amansızcasına savaşa başlayıb və bu gizli savaşda xeyli sayda insan həyatını itirib.
“Ölkə.Az” xarici mətbuata istinadən xəbər verir ki, Qəddafinin 150 mlrd dolları ölümündən sonra müəmmalı şəkildə yoxa çıxıb. Bir çox ehtimallara görə, Qəddafinin pulları hələ onun sağlığı dövründə Cənubi Afrika Respublikasına çıxarılıb.
Tunisli iş adamı Erik Qoayedin fikrincə, Qəddafinin varidatı 150 mlrd dollar yox, daha çox haradasa 400 mlrd dollar təşkil edir və bu xəzinə dünyanın ən müxtəlif ölkələrində gizlədilib.
Qəddafinin gizli sərvəti uğrunda gedən savaşla bağlı hollandiyalı jurnalistlər Mişey Vesselem və Tomas Blum tərəfindən “Qəddafinin milyardları uöğrunda mübarizə” adlı sənədli film də çəkib. Filmdə də Qəddafinin pullaırnın qızıl formasında Tripoldan Cənubi Afrikanın Yoxannesburq şəhərinə aparılıb və orada çox qısa zamanda buxarlanıb. Qəddafinin sərvəti uğrunda WACG konsaltinq qrupu, Malta şirkəti olan Sam Serj, Kanada-Liviya birgə Odyssey Consulting konsaltinq şirkəti, Kanadanın “Dickens & Madson” lobbi konsaltin şirkəti və digərləri mübarizə aparıb. Amansız mübarizə nəticəsində bir şox şirktələr sıradan çıxarılıb və hətta bir qısmı müflis olub və ya çox ağır bədəl ödəməli olublar. Hətta bu savaşa israilli kəşfiyyat orqanlaır da qoşulub.
Bəzi məlumatlara görə, Qəddafinin sərvətinin bir qisçi Cənubi Afrikadan Keniyaya, Burkino Fasoyaya çıxarılıb.
Bir çox məlumatlara əsasən sərvətin bir qisminin Niger gizlədildiyi deyilir. Hətta Qəddafinin oğlanlarından olan Saadi atasının pulunun gizləndiyi yerlər barədə məlumat müqabilində həyatını xilas edib.
Follow @7timesaz