Maqazin

Qələbə Günündə qohumlarını andılar

Qələbə Günündə qohumlarını andılarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9 May Qələbə Günü ilə bağlı bir neçə tanınmış sima paylaşım edib. 

OLAY yazır ki, onlar İkinci Dünya müharibəsində iştirak edən babalarının fotolarını paylaşıblar.

Avroviziya təmsilçimiz Nigar Camal mərhum babası Şahsuvar Zeynalovla bağlı məlumatları izləyiciləri ilə bölüşüb:

“Babamın 107 illik yubileyi mübarək və Qələbə üçün təşəkkürlər! Zeynalov Şahsuvar Heydəroviç: 9 may 1916-cı il Sisian, Zəngəzur. Əliyev Şahsuvar Hüseynoviç. Atası Hüseyn 1918-ci ildə Zəngəzurda mart hadisələri zamanı şəhid olub.1918-ci ildə anası Sara ilə birlikdə Bakıya köçürlər. Azərbaycan Sənaye İnstitutunu bitirib. İkinci Dünya Müharibəsi illərində o, Stalin rayonunun Svetomaskirovka İdarəsinin rəisi təyin edilib. Bütün ömrüboyu zavod müdiri işləyib. Sevimli istirahət yeri Şuşa, Essentuki və Min.Vody şəhərləri idi. Sevirik, xatırlayırıq, fəxr edirik”.

Müğənni Rəsul Əfəndiyev isə babası ilə bağlı bu sözləri yazıb:

““Biz bakılıyıq” Məmməd Cəfəroviç! Babam Reyxstaqın divarında belə bir yazı qoyub!Qəhrəmanlar ölməz!”.

Aparıcı Afaq Gəncəli isə İkinci Dünya müharibəsində iştirak edən dayısını paylaşıb:

“Dayım Nəcəfqulu Rəfiyev Sovet ittifaqı Qəhrəmanı! Minskin azad edilməsində məşhur “Baqration” əməliyyatını fikirləşən və öz tank devizivasi ilə icra edən Nəcəf dayı Minsk şəhəri və bütövlükdə Belarusun azad edilməsində böyük rolu olmuşdu. Bu gün sənin günündə qanın, canın bahasına savaşdığın müharibənin nəticəsi qələbə”.