“Hər kəsi salamlayıram. Məncə, bu proses haqqında danışmaq üçün kifayət qədər vaxtımız olacaq. Mənə etimad göstərdikləri üçün AFFA-ya təşəkkür edirəm.
Fanat.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təqdimetmə üçün təşkil olunan mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis AFFA-nın göstərdiyi etimada görə şad olduğunu deyib: “Mənim qərar verməyimdə bəzi məsələlər önəmli oldu. Buna nümunə kimi təqdim edilən layihəni göstərmək olar. Bu gün buradayamsa, deməli, rəhbərlik bu layihənin həyata keçirilməsi üçün mənə inanıb. Buna görə şadam.
Bu layihə bu günün və ya sabahın deyil, uzunmüddətlidir. Böyük uğura nail olacağımıza və tarix yazacağımıza inanıram. Mənim daha yaxşı təkliflərim var idi. Amma layihəyə inandığım üçün buradayam”.
Qeyd edək ki, Fernandu Santuşun qarşısına AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.
Follow @7timesaz