Dünya

“Qərarımız dəyişməyib, Kamil Zeynallı həbs ediləcək” – Ermənistan DİN-dən TƏCİLİ AÇIQLAMA

“Qərarımız dəyişməyib, Kamil Zeynallı həbs ediləcək” – Ermənistan DİN-dən TƏCİLİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Axtarışa verdiyimiz azərbaycanlı məşqçi Kamil Zeynallının tapılması ilə bağlı Rusiya tərəfindən rəsmi məktub almışıq”.

7Times.az  xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.

O deyib ki, Kamil Zeynallı Ermənistan tərəfindən dövlətlərarası axtarışdadır. Onun barəsində həbs qətimkan tədbiri ilə bağlı qərar dəyişməyib:

“Fevralın 21-də günorta saatlarında Rusiya Federasiyasından rəsmi məktub daxil olub və orada Kamil Zeynallının axtarışı ilə bağlı faktın təsdiqlənməsi xahiş olunub. Cavab olaraq həmin şəxsin dövlətlərarası axtarışda olduğunu dərhal təsdiqlədik”.

O daha sonra bildirib ki, axtarışda olan şəxsin azadlığa buraxılması ilə bağlı məlumatın yayılmasına baxmayaraq, Ermənistan Daxili İşlər Nazirliyi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketi hazırlayıb:

“Bu sənədlər Rusiya hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Biz zəruri ekstradisiya tədbirlərinin təşkili ilə məşğuluq”, – Sarkisyan bildirib.

KONKRET.az