Dünya

Qərb Ermənistana MÜLKİ GEYİMLİ HƏRBÇİLƏR göndərir – “Qara qutu” sərhədimizdə açılır

Qərb Ermənistana MÜLKİ GEYİMLİ HƏRBÇİLƏR göndərir – “Qara qutu” sərhədimizdə açılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstər Avropa İttifaqının, istərsə də ATƏT-in mülki missiyasının Ermənistan-Azərbaycan sərhəddinə gətirilməsi istəyində Ermənistanın həvəsindən ziyadə Qərbin marağı var”.

Bunu Milli.Az-a açıqlamasında hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, sərhəddəki son təxribatları Ermənistanın dövlət olaraq varlığının sona çatması ilə nəticələnə bilər:

“ABŞ prezidenti Co Bayden son açıqlamalarının birində belə bir ifadə işlədib ki, “Ermənistanla Azərbaycan arasındakı sülhün tənzimlənməsində Rusiya heç bir ciddi fəaliyyət göstərməyib və onun regionda sülhə gedən yolda heç bir rolu yoxdur”. Bu o deməkdir ki, necəki bütün dünyada güclərin bir mübarizəsi gedir, yeni sərhədlərin müəyyənləşdirilməsi prosesi baş verir, o cümlədən də “Cənubi Qafqazda kim daha güclü mövqeyə sahib olacaq?” mübarizəsi getməkdədir.

Mövcud şəraitdə Ermənistan ərazisində, xüsusən də onun sərhədlərinin Rusiya Federasiyası tərəfindən qorunması məsələsi gündəmdəykən, – nəzərə alsaq ki, Ermənistan KTMT-nin aktiv üzvüdür, – bununla yanaşı Ermənistanın Qərbə üz tutması, Qərbdən mülki missiyasnın ölkə sərhədlərinə dəvət edilərək belə bir mənzərə yaratmağa çalışırlar ki, sanki ortada bir münaqişə var, ciddi bir problem var və o problemin həlli Rusiya tərəfindən heç bir şəkildə etibarlı olaraq tənzimlənə bilmir və bunu tənzimləmək üçün “bura mütləq Qərbin hərbi missiyası gəlməlidir” havası yaradılmağa can atılır.

Onu da xüsusilə qeyd edim ki, artıq mülki missiyanın yerini hərbi missiyaya verməsi üçün sövdələşmələr də gedir. Bunun üçün də mülki missiyanın müəyyən dövrdən sonra hərbi missiyaya çevrilməsi prosesinə şahid ola bilərik. Amma Ermənistan tərəfi sərhəddəki son təxribatlar törətməklə hazırda ciddi bir riskə gedir. Bu risk onun hətta Cənubi Qafqazda dövlət olaraq varlığının sona çatması ilə nəticələnə bilər”.

Qeyd edək ki, Ermənistan tərəfi Avropa İttifaqının mülki missiyası ilə kifayətlənmək niyyətində deyil. rəsmi İrəvan Ermənistanla Azərbaycan sərhəddinə “müşahidəçilər” göndərmək üçün artıq ATƏT-ə də müaricət edib. Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib ki, “Hazırda Azərbaycan-Ermənistan sərhəddinə ATƏT-dən müşahidəçilərin göndərilməsinin mümkünlüyü müzakirə edirikj. Onların Ermənistan ərazisində yerləşdirilməsi planlaşdırılır”. Mirzoyan Aİ-nin mülki missiyası ilə bağlı isə onu əlavə edib ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması məsələsində beynəlxalq iştirakı gözləyir.