Dünya

“Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa cəhd edir” – Lavrov

“Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa cəhd edir” – Lavrovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa cəhd edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda “3+3” formatında keçirilən Regional Əməkdaşlıq Platformasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qərb Gürcüstanda yenidən vəziyyəti qızışdırmağa, Abxaziya və Cənubi Osetiyada vəziyyəti destabilləşdirməyə, Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında münasibətləri qaynar etməyə cəhd edir.

Lavrov qeyd edib ki, Cənubi Qafqazdakı risklərin əksəriyyəti Qərbin bu regionda öz təsirini maksimal dərəcədə artırmaq cəhdləri ilə bağlıdır: “Hər şeydən əvvəl Rusiyanın imkanlarını və Cənubi Qafqaz ölkələrinin Rusiya ilə qarşılıqlı sərfəli və bərabərhüquqlu əməkdaşlığını pozmaqla bağlıdır”.

Rusiya XİN başçısı Gürcüstanın “3+3” formatında keçirilən Regional Əməkdaşlıq Platforması formatında iştirakının mümkünlüyünə də münasibət bildirib: “Tbilisi qərar verən kimi, onlar istədikləri vaxt gəlib öz kreslolarında əyləşə bilərlər. Onlar üçün kreslo hər zaman qalır. Onlar üçün qapı hər zaman açıqdır. O ki qaldı təmaslara, bizim Tbilisi ilə təmaslarımız var”.