Qərb ölkələrinin mülki əhalisi Rusiya ilə münaqişəyə hazır olmalıdır.
APA “Sky News“a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer deyib.
O bildirib ki, silahlı qüvvələr artıq müharibənin başlamasına hazırdır, lakin vətəndaşlar da öz həyatlarında nəzərəçarpan dəyişikliklərə səbəb ola biləcək münaqişəyə hazır olmalıdırlar.
“Biz başa düşməliyik ki, sülhə zəmanət yoxdur. Ona görə də biz (NATO qüvvələri) Rusiya ilə münaqişəyə hazırlaşırıq”, – o əlavə edib.
Bauer müzakirənin daha genişmiqyaslı olduğunu, sənayenin və insanların bu məsələdə rol oynaya biləcəklərini başa düşməli olduqlarını deyib.
Komitə sədri İsveçin ayın əvvəlində öz əhalisini müharibəyə hazırlaşmağa çağırmaqla doğru addım atdığını vurğulayıb.
Follow @7timesaz