Brüssel və Vaşinqton platformaları arasında heç bir fərq yoxdur. Çünki nəticə olaraq hər ikisində Qarabağın öz müqəddəratını təyin etmə hüququndan imtina yer alır.
7Times.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“Ermənistan hakimiyyəti Qərbin geosiyasi oyununun bir hissəsinə çevrilib, onun mahiyyəti Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Və Azərbaycanla Brüssel və ya Vaşinqton platformasında danışıqlar bu oyunun əsas tərkib hissəsidir. Rusiyadan fərqli olaraq, Qərbin iki formada hərəkət etmək imkanı var. Əgər Brüssel formatı indi müəyyən durğunluq yaşayırsa, onun əvəzinə Vaşinqton formatı işə salınır. Hər iki halda məqsəd eynidir: Qərbin himayəsi altında Cənubi Qafqazda danışıqların intensivləşdirilməsi, sonradan Rusiyanın regionda təsirinin azalması. Bu geosiyasi yarmarkada Ermənistan hakimiyyəti “müştəri” rolundadır oynayır və Paşinyan bu rolu məmnuniyyətlə oynayır. Qərb Paşinyanın “Qarabağ xalqının” öz müqəddəratını təyinetmə hüququndan imtina etməyə hazır olduğunu yaxşı bilir. Paşinyan bu məsələni gələcəyə buraxmağa belə hazır deyil. O, Rusiyanın Qarabağın status məsələsini təxirə salınması təklifini də rədd edib. Baş nazir müxtəlif qütblərlə işləməyə başlayaraq, geosiyasi avantüraya atılıb”, – o bildirib.
Follow @7timesaz