Aktual

“Qərb Rusiyanın qarşısında geri çəkilməyəcək, çünki…” – Politoloq

“Qərb Rusiyanın qarşısında geri çəkilməyəcək, çünki…” – Politoloqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“G7 sammitində alınan qərarlar yeni dünya nizamında Rusiyanın izolyasiyasını dərinləşdirəcək”.

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, ABŞ Rusiyaya qarşı koalisiyanı işlək vəziyyət gətirib və Kremlin bu müharibədə qalib gəlməsi mümkün deyil:

“Bu sammitdə qəbul edilən qərarlara uyğun olaraq Ukraynaya bütün sahələrdə dəstək veriləcək.  Ukrayna Rusiya üçün yeni Əfqanıstan ssenarisidir. Bununla Rusiya siyasi-hərbi baxımından deqredasiyaya uğrayacaq. Ümumiyyətlə, yeni beynəlxalq münasibətlər sistemi formalaşır və G7 ölkələri Rusiyanın Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda mövqelərinin zəiflədilməsi istiqamətində yeni konsepsiya ortaya qoyub”.

Politoloq bildirib ki, G7 sammitindən sonra NATO-nun Madriddə zirvə toplantısının keçirilməsi Qərbin koalisiyasını gücləndirəcək və Avropanın təhlükəsizliyi ilə bağlı yeni yanaşma ortaya qoyulacaq:

“Ukraynanın qalib gəlməsi üçün bu ölkəyə hərtərəfli dəstək verilməsi, yeni hücum silahları ilə tədarük olunmasına qərar veriləcək. Qərb Rusiyanın qarşısından geri çəkilərsə, növbəti hədəf Moldova və Polşa ola bilər. Ona görə də bu müharibədə Qərb sonuna qədər Ukraynanın yanında olacaq. Bu siyasi konfiqurasiyada Azərbaycan və Türkiyə Qərblə tərəfdaşlığa üstünlük verəcək”.