Dünya

“Qərbin silah tədarükü gecikir…”  “Sovet silahları bütün dünyada tükənib”

“Qərbin silah tədarükü gecikir…” – “Sovet silahları bütün dünyada tükənib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb tərəfdaşlarımız əvvəlcədən öz imkanlarını düzgün dəyərləndirməyiblər. Ona görə də Ukraynaya silah tədarükü zamanında yerinə yetirilə bilmir və gecikir”.

7Times.az xəbər verir ki, bunu Ukrayna Radasının Milli Təhlükəsizlik Komitəsinin üzvü Sergey Raxmanin mətbuata açıqlamsında deyib.

Onun dediyinə görə, Ukraynaya silah tədarükünün gecikməsinin obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, həmin silahların təhlükəsizlik şəkildə Ukraynaya çatdırılması zaman və imkanlar tələb edir. Subyektiv səbəb isə odur ki, bir çox hallarda bu silahlar köhnə olur və onların təmirə ehtiyacı var.

Millət vəkili qeyd edib ki, hətta “Leopard2” tanklarının da bəziləri təmir olunmalıdır, çünki uzun zaman anbarlarda istifadəsiz qalıblar.

Raxmanin deyib ki, digər bir problem Ukrayna Ordusunun istifadə etdiyi Sovet silahları ilə bağlıdır. Onun bildirdiyinə görə, artıq bütün dünyada sovet silahları və onlara aid mərmilər tükənib. Ona görə Ukraynanın bu silahlardan istifadəsində də problemlər yaranıb.