Ölkə

Qəsdən ferma yandırıldı – 230 baş heyvan tələf oldu – FOTO

Qəsdən ferma yandırıldı – 230 baş heyvan tələf oldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda yerləşən fermalardan birini qəsdən yandıran şəxslər saxlanılıblar.

7Times.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Məlumata əsasən, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.
Araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanğın hadisəsinin Gəncə şəhər sakini Məmmədpur Bəhruzun sifarişi əsasında həmyerliləri Allahverdiyev Cavid və Vəliyev Erik tərəfindən qəsdən törədildiyi məlum olub. B.Məmmədpur, C.Allahverdiyev və E.Vəliyev saxlanılaraq istintaqa təhvil veriliblər.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir

Qəsdən ferma yandırıldı - 230 baş heyvan tələf oldu - FOTO
Qəsdən ferma yandırıldı - 230 baş heyvan tələf oldu - FOTO
Qəsdən ferma yandırıldı - 230 baş heyvan tələf oldu - FOTO